"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.
İstanbul təmsilçisi "Sivasspor"dan Kerem Atakan Kesgini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Beşiktaş" 21 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalayıb.
Qeyd edək ki, Kerem Atakan Kesgin "Sivasspor"a 2020-ci ilin yayında "Göztepe"dən transfer olunmuşdu. O, son mövsümdə 27 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az