Kiyevin Duqinanın qətli ilə heç bir əlaqəsi yoxdur - Zelenski

23 Avqust 2022 22:28

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Kiyevin rusiyalı jurnalist Darya Duqinanın qətli ilə əlaqəsi yoxdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Zelenski bunu "Krım platforması" sammitində bildirib.

"Bu qətiyyən bizim məsuliyyətimizə daxil deyil. O, bizim ölkənin vətəndaşı deyil və bizi maraqlandırmır. O, Ukrayna ərazisində olmayıb" - deyə Zelenski qeyd edib.

Milli.Az