Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

23 Avqust 2022 21:23

Cəlilabad rayonunda yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar - rayon sakinləri, 1969-cu il təvəllüdlü Firəngiz Məmmədova və 1956-cı il təvəllüdlü Meyxoş Həşimov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az