Bakı sakini Sumqayıtda anidən vəfat edib

23 Avqust 2022 21:17

Bakı sakini Sumqayıtda kafedə vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Kafelərdən birinin müştərisi, Bakı şəhər sakini 1961-ci ildə anadan olmuş Əliyev Kamal Şıxlı oğlu əyləşdiyi stolun arxasında qəflətən dünyasını dəyişib.

Onun ürəktutmasından öldüyü bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Milli.Az