Almaniya Ukraynaya 500 milyon avroluq silah vermək niyyətindədir

23 Avqust 2022 20:51

Almaniya Ukraynaya əlavə olaraq 500 milyon avroluq silah vermək niyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Kanadada səfərədə olan kansler Olaf Şolts Ukraynaya əlavə 3 İRİS-T hava hücumundan müdafiə sistemi, 10 zirehli maşın, 20 raket qurğusu və yüksək dəqiqlikli silahlar veriləcəyini bəyan edib. Silahlar 2023-cü ilədək Kiyevə çatdırılacaq. Lakin ilk növbədə Bundestaq bu silah təchizatına razılıq verməlidir.

Kanslerin fikrincə, bu silahlar Ukrayna ordusunun modernləşməsinə kömək edəcək.

Milli.Az