Ermənistanda zəlzələ olub
11 May 2010 14:25
Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Vardenis şəhəri yaxınlığında qeydə alınmış yeraltı təkanın gücü 2,6 bal olub. Episentrdə isə bu rəqəm 3 bal təşkil edib.
Qeyd edək ki, eyni yerdə mayın 9-da da zəlzələ baş verib. O vaxt episentrdə titrəmənin gücü 4 bala çatıb.
Milli.Az