“Suzuki”nin mənzil-qərargahında 13 nəfər zəhərləndi

23 Avqust 2022 15:12

Yaponiyanın Sidzuoka prefekturasında yerləşən "Suzuki Motor" avtokonsernin mənzil-qərargahının ərazisində azı 13 nəfər dəm qazından zəhərlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun məlumatına görə, zəhərlənənlər ərazidəki yeməkxananın işçiləridir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yanğınsöndürənlər yoxlamalara başlayıb.

Zərərçəkmişlər yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Milli.Az