Məşhur müğənni xəstəlikdən vəfat etdi

23 Avqust 2022 14:24

Yeni zellandiyalı məşhur müğənni Marqaret Urlix vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 57 yaşlı sənətçi öz evində xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, M.Urlix karyerasına "Peking Man" qrupunun solisti olaraq başlayıb. Daha sonra o solo fəaliyyətlə məşğul olub. Müğənni "Numer one" mahnısı ilə daha da populyarlıq qazanıb.

Milli.Az