Öküz banka hücum etdi - VİDEO

23 Avqust 2022 14:10

İsrailin Lod şəhərində qəzəbli öküz bank filialına hücum edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, heyvan sahibindən qaçıb.

Geniş yayılmış kadrlarda öküzün maliyyə qurumunun dəhlizində necə qaçdığı əks olunub. Bankın işçiləri və qonaqları gördükləri mənzərədən qorxuya düşüblər.

Hadisə şahidlərinin dediklərinə görə, öküz özünü aqressiv aparıb, onu sakitləşdirmək səylərinə, o cümlədən sahibinin cəhdlərinə heç bir reaksiya verməyib.

Hadisə yerinə gələn baytar heyvanı sakitləşdirici oxla vuraraq zərərsizləşdirə bilib.

Milli.Az