Sərnişin avtobusunun qəzaya düşmə anı - VİDEO

23 Avqust 2022 16:56

Türkiyənin Bursa şəhərində sərnişin avtobusu yük maşını ilə toqquşub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəzada avtobusda olan 36 sərnişindən 23-ü müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Avtobusun təhlükəsizlik kameraları qəza vaxtı salonda yaşanan həyəcanlı dəqiqələri anbaan qeydə alıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az