Abşeronda 42 yaşlı qadın bıçaqlanıb

23 Avqust 2022 08:38

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü S. Gülşən mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az