Xırdalanda gənc özünü bıçaqlayıb

23 Avqust 2022 08:28

Abşeron rayonunda 22 yaşlı gənc bıçaqla özünə xəsarət yetirib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb.

Belə ki, 2000-cı il təvəllüdlü Rüstəmov Elgün yaşadığı mənzildə bıçaqla qol nahiyəsinə xəsarətlər yetirib.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az