Bakıda 25 yaşlı gənc qızı avtomobil vurub

23 Avqust 2022 08:18

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

1997-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Asif qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Milli.Az