"Roma"dan növbəti qələbə

23 Avqust 2022 08:33

"Roma" İtaliya A seriyasında 2-ci tur oyununa çıxıb.

Joze Mourinyonun baş məşqçisi olduğu komanda "Kremoneze"ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

"Roma" - "Kremoneze" - 1:0
Qol: Smollinq, 65

Bu qələbə ilə xalını 6-ya yüksəldən "Roma" "Napoli" və "İnter"lə birgə 1-3-cü pillələri bölüşdürür.

Milli.Az