Britaniyanın yeni baş naziri bu tarixdə bəlli olacaq

22 Avqust 2022 21:52

Britaniyanın yeni baş nazirinin adı 5 sentyabr, yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə saat 15:30-da) bəlli olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Mühafizəkarlar Partiyasının həmsədri Endryu Stivenson deyib.

"Mən məmnuniyyətlə təsdiq edirəm ki, nəticələr (seçkilərin) bazar ertəsi, sentyabrın 5-i saat 12:30-da (Bakı vaxtı ilə 15:30) elan ediləcək" - Stivensonun partiya üzvlərinə ünvanladığı məktubunda bildirilir.

Milli.Az