Müəllimlərin vəzifə maaşlarına əlavələr təsdiqləndi

22 Avqust 2022 15:50

Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında" qərar verib.

Qərara əsasən, sözgedən şəxslərin vəzifə maaşlarına aylıq əlavələr təsdiqlənib.

Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Milli.Az