Əli Əsədov Qırğız Respublikasının Baş nazirinə başsağlığı verdi

22 Avqust 2022 15:48

Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının ölməsi və yaralanmasına görə dərindən sarsıldığını bildirib.

Ötən ay icbari tibbi sığorta çərçivəsində 3,4 milyondan çox xidmət göstərilib
Əli Əsədov həyatını itirənlərin ailə üzvləri və yaxınlarına başsağlığı verib.

Milli.Az