Rusiyada Yamalda maralı otaran düşərgədə yaşayan iki uşaq göldə boğulub.
Milli.Az bildirir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin saytında məlumat verilib.
Bundan əvvəl üzməyi bilməyən 9 yaşlı oğlan və 11 yaşlı qız avqustun 18-i cümə axşamı günü böyüklər olmadan göldə çimməyə gediblər. Uşaqların meyitlərini ataları və yerli sakinlər tapıblar.
Hadisədən sonra müstəntiqlər araşdırmalara başlayıb. Onlar artıq hadisə yerinə baxış keçiriblər.
İrfan Vəliyev
Milli.Az