Köçəryan Ermənistanı tərk etdi

22 Avqust 2022 15:14

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkəni tərk edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə onun ofisindən bildirilib.

Onun ölkədən çıxmasına məhkəmənin icazə verdiyi qeyd olunub. Onun hara getdiyi açıqlanmayıb. Amma bu ölkənin Rusiya olmadığı vurğulanıb.

R.Köçəryan avqustun 29-dək Ermənistandan kənarda olacaq.

Milli.Az