"Mənə belə xoşdur" - Nigar Camal - VİDEO

22 Avqust 2022 17:40

Avroviziya-2011 təmsilçimiz Nigar Camal çəki aldığını etiraf edib.

Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, müğənni son günlər sosial şəbəkədə istirahət zamanı çəkilən fotolarını paylaşıb.

İzləyicilər müğənninin kökəldiyini iddia ediblər.

Nigar Camal növbəti paylaşımında həmin izləyicilərə "Min dənə şərh yazıblar ki, kökəlmisən. Hə, çəki almışam, arıqlamağı da düşünmürəm. Mənə belə xoşdur", - deyə cavab verib.

Milli.Az