Ukrayna hərbçiləri dəniz minasını zərərsizləşdirib

21 Avqust 2022 23:56

Ukrayna hərbçiləri Odessa vilayətində dreyf edən dəniz minasını zərərsizləşdirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Odessa şəhər hərbi administrasiyası məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilmə prosesi böyük partlayışla müşayiət olunub. Bu, sutka ərzində zərərsizləşdirilmiş ikinci dəniz minasıdır. Bir müddət əvvəl çimərlikdə 2 nəfər minaya düşdüyü üçün sahil zonasına giriş qadağan edilib.

Milli.Az