Borjomidə meşə yanğınlarının söndürülməsinə helikopterlər cəlb olunub - VİDEO

21 Avqust 2022 22:40

Borjomidə meşə yanğınlarının söndürülməsinə 3 helikopter cəlb olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Borjomidə yanğınla mübarizə intensiv rejimdə aparılır. Alovun söndürülməsinə 3 helikopter, 30 texnika və 250 yanğınsöndürən cəlb olunub.

Milli.Az