Yeniyetmələrimiz beynəlxalq turnirdə iştirak edəcək
11 May 2010 14:59
Azərbaycan Güləş Federasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, turnir bu ilin avqust ayında keçiriləcək Avropa birinciliyi yarışlarına hazırlıq məqsədi daşıyır. Mayın 14-16-da keçiriləcək yarışa məşqçilər Rasim Ağayev və Əfsər Namazəliyevin rəhbərliyi altında yollanacaq komandamızın heyətində 10 idmançı yer alıb. Turnirdə Kərim Cəfərov (42 kq), Elvin Əliyev, Sakit Quliyev (hər ikisi 46 kq), Rəşad Şükürov, Rauf Ələkbərli (hər ikisi 54 kq), Xalid Əliyev (58 kq), Hüseyn Şirəliyev (63 kq), Elşən Novruzlu (69 kq), Anar Rəsulzadə (76 kq) və Türmən Eyyubov (85 kq) qələbə uğrunda mübarizə aparacaq. Vasif Əliyev isə ölkəmizi hakim kimi təmsil edəcək.
Milli.Az