Milli Məclisin sədri Türkiyə xalqına başsağlığı verib

21 Avqust 2022 14:02

Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

Milli.Az xəbər verir ki, Sahibə Qafarova bu barədə tviter hesabında yazıb.

"Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm", - Milli Məclisin sədri qeyd edib.

Milli.Az