Ankarada ac-susuz qalan tülkülər şəhərin mərkəzinə girdi - VİDEO

21 Avqust 2022 17:52

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda tülkülər şəhərin mərkəzində görünməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, buna səbəb həddindən artıq isti keçməsi və buna görə tülkülərin ac-susuz qalmasıdır.

Tülkülər hətta Etimesqutun ən gur küçəsində gəzib.

Hadisə bir vətəndaş tərəfindən lentə alınıb.

Milli.Az