Bilal Əliyev canlı yayımda pullarını nümayiş etdirdi - VİDEO

22 Avqust 2022 03:14

Xalq artisti Bilal Əliyev TikTok-dakı hərəkəti ilə müzakirələrə səbəb olub. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, izləyicilərindən biri ifaçıya "Niyə pulun yoxdur" sualını verib. 

Müğənni həmin an bir topa yüz manatlığı göstərərək "Hər zaman cibimdə pulum olub" cavabını verib. 

Qeyd edək ki, B.Əliyev bundan əvvəl də dəfələrlə TikTok-da canlı yayımda dediyi sözlərlə gündəmə gəlib. 

Milli.Az