Ərdoğandan qəzada ölənlərlə bağlı BAŞSAĞLIĞI

21 Avqust 2022 09:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mardində baş vermiş qəzada ölənlərin ailələrinə başsağlığı verib.

Milli.Az xəbər verir ki, Türkiyə Prezidentinin başsağlığı mesajında deyilir: 

"Qaziantepdən sonra, təəssüf ki, Mardinin Derik rayonundan qəza xəbəri aldıq. Ürəyimizi yandıran qəzada həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm".

Milli.Az