Qusarda 16 yaşlı gənc göldə batıb

20 Avqust 2022 23:43

Qusar rayonunda göldə yeniyetmə batıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Əniğ kəndi ərazisində qeydə alınıb.

Beləki, Qusar rayonu Əniğ kənd sakini, 2006-cı il təvəllüdlü Tural Minabəddin oğlu Fərzəliyev süni göldə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az