"Tottenhem"dən qələbə

20 Avqust 2022 19:21

"Tottenhem" İngiltərə Premyer Liqasında 3-cü tur oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi evdə "Vulverhempton"la qarşılaşıb. Matç "Tottenhem"in minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Görüşdə yeganə qolu 64-cü dəqiqədə Harri Keyn vurub.

Qeyd edək ki, "Tottenhem" hazırda turnir cədvəlində 7 xalla 1-ci, "Vulverhempton" isə 1 xalla 16-cıdır.

Milli.Az