Ukraynada Rusiyanın təmir bazası vurulub, 100-ə yaxın texnika məhv edilib

20 Avqust 2022 13:54

Ukraynanın işğal altında olan Slavyanoserbski rayonunda Rusiyanın təmir bazası vurulub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

O, 100-ə yaxın texnikanın məhv edildiyini bildirib.

Milli.Az