Bakının mərkəzində Atatürkün heykəli ucaldılıb

11 May 2010 13:59
Milli.Az xəbər portalının məlumatına görə, heykəl Bakının Nəsimi rayonunda, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində - Türkiyə Səfirliyinin qarşısında qoyulub.

Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərov Milli.Az xəbər portalına açıqlamasında həmin ərazidə Atatürkün heykəlinin qoyulması xəbərini təsdiq edib.

Qeyd edək ki, abidə hələki ağ örtükdədir. Heykəlin açılış mərasiminin mayın 16-a təyin edildiyi bildirilir.

Qeyri-rəsmi məlumatlara görə, açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da iştirakı nəzərdə tutulur.

Anar Məmmədov
Milli.Az