Krımda Rusiya donanmasının qərargahı PUA ilə vurulub

20 Avqust 2022 10:22

Rusiya tərəfi Krım yarımadasındakı Sevastopol şəhərində yerləşən Rusiya donanmasının qərargahı yaxınlığında partlayışı təsdiqləyib.

Milli.Az TASS-a istinadən bildirir ki, bu barədə ərazinin "qubernatoru" Mixail Razvojayev məlumat verib.

O, qərargahın PUA ilə vurulduğunu bildirib. Məlumata görə, itki yoxdur.

Milli.Az