"Kara tahta" ilə bağlı qərar verildi

20 Avqust 2022 12:45

"TRT1" kanalında yayımlanan "Kara tahta" serialı final tarixi bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə ekran işinin reytinqlərdə istənilən nəticəni verməməsi olub. Serial 19-cu bölümüylə avqustun 24-də ekrana vida edəcək.

Qeyd edək ki, layihənin baş rollarını Miray Danerlə Furkan Andıç paylaşır. "Kara Tahta"nın daha öncə də finalına qərar verilmişdi, lakin daha sonra çəkilişlərə davam edilmişdi. 

Milli.Az