Rusiya Donbasda kütləvi hücuma keçib

20 Avqust 2022 09:22

Rusiya Donbasda bir neçə istiqamətdə kütləvi hücuma keçib, döyüşlər davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Slavyansk istiqamətində tanklardan, Suliqovka və Mazanovka yaxınlığında isə reaktiv yaylım atəş sistemlərindən və artilleriyadan istifadə qeydə alınıb.

Rusiya qoşununu bir neçə istiqamətdə dayandırmaq mümkün olub. Regionda döyüşlər davam edir.

Milli.Az