Mahsunun filmində baş rolu canlandıracaq - FOTO

20 Avqust 2022 09:45

Türkiyəli müğənni-aktyor Mahsun Qırmızıgülün ssenarisini yazdığı "Prestij meselesi" filminin aktyor heyəti bəlli olmağa başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rollardan birini aktrisa Biran Damla Yılmaz canlandıracaq. Filmdə Özcan Dəniz, Haluk Levent, Alişan və Qırmızıgülün gənclik illərindən bəhs olunacaq. Mahsunun cavanlığını isə 29 yaşlı oğlu Mahmud Qırmızıgül canlandıracaq.

Qeyd edək ki, aktrisa hazırda "Yasak elma" serialında rol alır.

Milli.Az