Yeni “Bugatti”nin görüntüləri rəsmi premyeradan əvvəl yayıldı

20 Avqust 2022 13:22

Kaliforniyada Monterey Avtomobil Həftəsində təqdim olunacaq yeni "Bugatti" rodsterinin görüntüsü yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Hiperkar "Divo" və "Veyron Barchetta" konseptləri üslubunda hazırlanıb və 1600 at gücünə malik W16 8.0 mühərriki ilə təchiz edilib.

Təsdiqlənməmiş məlumata görə, rodster "Mistal" adlanır.

O, "Chiron" modelinə əsaslanır.

"Mistral"ın 1842 at gücünə malik üç milyon dollarlıq "Hennessey Venom F5 Roadster" ilə rəqabət aparacağı qeyd olunur.

Milli.Az