Rusiyanın sabiq baş narkoloqu özünü təqsirli bilmədi

20 Avqust 2022 08:37

Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş narkoloqu Yevgeni Bryun dələduzluqda şübhəli bilinərək Moskvada saxlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bryun və onun müavini, Rusiya Narkoloji Liqasının vitse-prezidenti Vladimir Yakuşev hazırda dindirilir.

Bildirilir ki, onlar törəmə şirkətlər vasitəsilə dövlət qurumları tərəfindən spirtli içkilərdən asılılığın müəyyən edilməsi üçün test və reagentlərin şişirdilmiş qiymətlərlə alınmasını təşkil ediblər.

Moskva Elmi-Praktik Narkologiya Mərkəzinin sabiq direktoru Yevgeni Bryun dələduzluq işi üzrə özünü təqsirli bilməyib.

Bu barədə o, İctimai Nəzarət Komissiyasına məlumat verib.

Rəsmi olaraq hüquq-mühafizə orqanları Bryunun saxlanması ilə bağlı şərh verməyiblər.

Milli.Az