Bakıda ahıl kişini avtomobil vurub

20 Avqust 2022 08:07

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Moskva prospektində qeydə alınıb.

"Şamaxinka" kimi tanınan ərazidə yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1941-ci il təvəllüdlü Quliyev Vaqif Qulu oğlunu minik avtomobili vurub. 81 yaşlı kişi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarl tərəfindən araşdırma aparılır.

Milli.Az