Almaniya Ukraynaya özüyeriyən artilleriya qurğuları verib

20 Avqust 2022 08:54

Almaniya Ukraynaya əlavə olaraq 3 "Gepard" özüyeriyən artilleriya qurğusu göndərib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla Ukrayna ordusunun arsenalındakı "Gepard"ların sayı 15-ə çatıb.

Bundan əlavə Almaniya Ukrayna ordusuna 44 ədəd M113 zirehli transportyoru verib.

Milli.Az