ABŞ Ukraynaya 815 milyon dollarlıq yardım ayırıb

20 Avqust 2022 08:44

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya yardım üçün 815 milyon dollarlıq yardım ayrılması barədə məlumat verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə dövlət katibi Tvitterdə yazıb.

"Bu gün mən Ukraynanın müdafiəsi üçün ABŞ ordusunun ehtiyatlarından 815 milyon dollarlıq silah və avadanlıq götürülməsinə göstəriş verdim" - deyə Blinken qeyd edib.

Milli.Az