Londonda metro işçiləri tətil edir

20 Avqust 2022 08:52

Londonda metro işçilərinin tətili nəqliyyat şəbəkəsinin fəaliyyətini iflic edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, metro işçiləri əmək haqlarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Dəmiryolçuların Milli İttifaqının məlumatına görə, tətil səbəbindən metronun əsas xətlərində hərəkət dayanıb. İşə çıxmayanların sayı 10 min nəfəri ötüb.

Milli.Az