Dünyanın ən uzunömürlü ikinci qadını vəfat etdi

20 Avqust 2022 08:32

Polşanın ən yaşlı sakini və dünyanın ikinci ən yaşlı qadını Tekla Yuneviç 116 yaşında vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Yuneviç İkinci Dünya Müharibəsi bitdikdən sonra Polşanın cənubundakı Sileziyada yaşayırdı. O, 1906-cı il iyunun 10-da Lvovdan 40 km aralıda yerləşən Krupsko kəndində anadan olub.

1980-ci ildə həyat yoldaşını itirən Yuneviç 103 yaşına qədər bütün ev işlərinin öhdəsindən təkbaşına gəlib.

Yaxınlarının sözlərinə görə, Yuneviç həmişə aktiv, yaxşı əhval-ruhiyyədə olub, zarafat etməyi, oxumağı və kart oynamağı çox sevib.

Milli.Az