Rusiyalı senator qızından imtina etdi - FOTO

20 Avqust 2022 08:38

Xantı-Mansi Muxtar Dairəsindən olan Federasiya Şurasının üzvü Yuqra Eduard İsakov Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına qarşı çıxan qızından açıq şəkildə imtina edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə senator teleqram kanalında yazıb.

Parlamentari deyib ki, qızı Diana xarici agent kimi tanınan mediaya müsahibə verib, orada xüsusi hərbi əməliyyatları qınayıb və bunun müqabilində pul mükafatı alıb. İsakov belə nəticəyə gəlib ki, qızı "atasını, ailəsini, vətənini satdığı üçün" satqındır.

Qızının bu hərəkətindən qəzəblənən senator 22 ildir ki, onun tərbiyəsində iştirak etmədiyini etiraf edib. O, qızının intihara cəhd etdiyini və Diananın LGBT təcrübəsini də qeyd edib.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Milli.Az