Bu məktəbin şüşələri yoxdur, döşəməsi isə çürükdür - VİDEO

20 Avqust 2022 08:18

Salyanın Xıdırlı kənd orta məktəbi bərbad vəziyyətdədir.

Bu barədə İTV-nin yayımladığı süjetdə əks olunub.

Şəhid Təbriz Xəlilbəyli adına məktəbdə 1000-ə yaxın şagird təhsil alır.

Qeyd olunur ki, təxminən 60 yaşı olan məktəb təmirsiz və şəraitsiz vəziyyətdədir. Məktəbin pəncərələrində şüşələr yoxdur, divarlar nəm, döşəmələr isə çürükdür.

Şirvan-Salyan Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib ki, Xıdırlı kənd tam orta məktəb binasının əsaslı təmir olunmasına ehtiyac var. Artıq bununla bağlı müvafiq sənədlər hazırlanır.

Milli.Az