Monteneqro parlamenti hökuməti istefaya yollayır

20 Avqust 2022 08:23

Monteneqro parlamenti Dritan Abazoviçin hökumətinə etimadsızlıq səsverməsi keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Prezident Milo Cukanoviçin rəhbərlik etdiyi Sosialistlərin Demokratik Partiyasının təşəbbüsü ilə keçirilən səsvermənin nəticələri şənbə günü ZDM portalı tərəfindən açıqlanıb.

Monteneqronun 43-cü hökumətinin hərəkətlərinin müzakirəsi 12 saat davam edib, nəticədə 51 deputatdan 50-si etimadsızlıq üzrə səs verib. Səsvermənin nəticələrinə D.Abazoviçin Monteneqronun Avropaya inteqrasiyası üzrə öhdəliklərini yüz gün ərzində yerinə yetirməməsi təsir edib. Ölkə 2010-cu ildən Aİ-yə namizəddir və 2012-ci ildən üzvlüklə bağlı danışıqlar aparılır. Aİ-nin fikrincə, Monteneqronun qanunun aliliyinin qurulması, rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı, regional əməkdaşlıq və barışıq sahələrində dərin islahatlara ehtiyacı var.

D.Abazoviçin başçılıq etdiyi hökumət aprelin 28-də formalaşıb. Fevralın 4-də Monteneqro parlamenti fövqəladə iclasında Zdravko Krivokapiç hökumətinə etimadsızlıq səsverməsi qəbul edib.

Milli.Az