Kilsədə ibadət zamanı izdiham - 8 nəfər öldü

19 Avqust 2022 23:37

Nigeriyada kilsədə ibadət zamanı izdiham yaşanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Laqos Ştat Polisinin İctimaiyyətlə Əlaqələr Direktoru Benjamin Hundeyin məlumat verib.

O, qeyd edib ki, hadisə nəticəsində ilkin məlumata görə 8 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Milli.Az