Ermənistanda silahlı şəxs meriya binasına daxil olub

19 Avqust 2022 23:30

Ermənistanın Masis şəhərinin meriyasına qumbara və odlu silahla silahlanmış şəxs daxil olub.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, ərazidən atışma səsləri gəlir.

Bələdiyyə binası mühasirəyə alınıb, yollar bağlanıb.

Polis hələlik hadisəni şərh etməyib.

Milli.Az