Araz çayında boğulanların meyitləri tapılıb

19 Avqust 2022 22:22

22:22

Arazda boğulan şəxslərin meyitləri tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Saatlıda Araz çayında boğulan şəxslərin meyitləri tapılaraq aidiyyatı üzrə təhvil verilib.

----------

20:30

Araz çayında boğulanların şəxsiyyəti müəyyən edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, saat 18.45 radələrində Saatlı rayon Qıraqlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Aslanov Süphan Nərçi oğlu və onun qardaşı oğlu, 1992-ci il təvəllüdlü Aslanov Əkrəm Taleh oğlu balıq tutarkən çayda boğulublar.

---------

20.20

Saatlıda 2 nəfər Araz çayında boğulub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Araz çayında baş verib.

Çayda balıq tutan 2 nəfər suda boğulub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları və boğulanların şəxsiyyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az