Putin Makronla razılaşdı: Ekspertlər bölgəyə göndərilir

19 Avqust 2022 21:27

Rusiya Prezidenti Vladimir Putin MAQATE ekspertlərinin Zaporojye atom elektrik stansiyasına göndərilməsinə razılıq verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Yelisey sarayının məlumatında deyilir.

"Prezident Zaporojye AES-də vəziyyətin nüvə təhlükəsizliyi üçün yaratdığı risklərdən narahatlığını bir daha bəyan etdi və Ukrayna ilə BMT-nin razılaşdırdığı şərtlərlə MAQATE ekspertlərinin mümkün qədər tez missiya yerinə göndərilməsinin tərəfdarı olduğunu söylədi. Rusiya prezidenti bu missiyanın və göstərilən üsulların yerləşdirilməsinə razılıq verdiyi barədə məlumat verdi", - məlumatda deyilir.

Milli.Az