Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

19 Avqust 2022 20:24

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitter hesabında bildirib.

"Bu gün Brüsseldə Hikmət Hacıyev və Armen Qriqoryanla görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlər və Avropa İttifaqının rolu ilə bağlı məhsuldar müzakirələr apardıq", - T.Klaar yazıb.

Milli.Az